UNEC-in Dərbənd filialının 2023/2024-cü il məzunları ölkə rəhbərliyinə növbəti dəfə müraciət ediblər.

Arazpress.com bildirir ki, bu barədə məzunlardan birinin qardaşı mia.az-a məlumat verib.

Onun sözlərinə görə, artıq hərbi xidmətdə olan qardaşının biri il xidməti dövrü başa çatsa da, universitetin verdiyi arayış hərbi hissədə qəbul edilməyib:

“Ali təhsili olduğu üçünbir illik xidmət hüququna görə UNEC-in arayışını hərbi hissəyə təqdim etdik, qəbul edilmədi. Dedilər diplom gətirilməlidir. Diplomu isə artıq2 ildir ala bilmirik. Təkrar-təkrar UNEC-ə üz tuturuq, oradan açıq deyirlər ki, problem Elm və Təhsil Nazirliyindədir. Yaxşı, indi iz neyləməliyik? İki tərəf arasındakı mübahisəyə görə bizm 4 ilimiz havaya uçmalıdır?”.

Məzunlar və onların yaxınları daha sonra Prezident İlham Əliyev müracət edərək, kömək istəyiblər:

“Möhtərəm cənab Prezident, biz sadəcə diplomumuzu istəyirk. Bizə kömək edin, çox xahiş edirik!”.

araz.az xəbər portalı.