
Yekaterinburqun Lenin Rayon Məhkəməsi Mütvəli Şıxlınski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Arazpress.com xəbər verir ki, qərar qüvvəyə minməyib və apellyasiya qaydasında şikayət verilə bilər.
Xatırladaq ki, M. Şıxlınski xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.
19:09
Mütvəli Şıxlınski məhkəmənin açıq hissəsində hadisənin necə baş verdiyini deyib:
“Mən bunu bilərəkdən etməmişəm. Mən onu görmürdüm. O, məndən sağda olub. Mən bunu sonradan bilmişəm”.
Xatırladaq ki, M. Şıxlınski xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.
18:11
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvəli Şıxlınski yenidən məhkəməyə gətirilib.
Arazpress.com xəbər verir ki, jurnalistlər məhkəmə zalından çıxarılıblar və proses qapalı keçiriləcək.
***
15:52
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvəli Şıxlınski barədə qərar qəbul edilməsi üçün keçiriləcək məhkəmə prosesi təxirə salınıb.
Əldə olunanxəbərdə deyilir ki, məhkəmə yerli vaxtla saat 16:00-da keçirilməli idi. Hələlik prosesin keçiriləcəyi saat məlum deyil.
***
15:16
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvəli Şıxlınski məhkəməyə gətirilib.
Xəbərə görə, o, saxlanılan zaman “Mercedes-Benz G-Class” (Galendvagen) markalı avtomobillə xüsusi təyinatlını vurmaqda ittiham olunur.
Məhkəmə prosesi başlayıb.
11:28
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvəli Şıxlınskiyə qarşı cinayət işi açılıb.
Əldə olunan xəbərə görə, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib.
“Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib”, — agentliyin həmsöhbəti bildirib.
Putintsev Şıxlınskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.
Daha əvvəl güc strukturlarında bildirmişdilər ki, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlınski saxlanılıb. Daha sonra o azad edilib. /Report.az/
araz.az xəbər portalı.