Ədalətli Rusiya Partiyası digər ölkələrin dövlət rəmzlərinin ictimai yerlərdə istifadəsini məhdudlaşdıran qanun layihəsi hazırlayır.

Arazpress.com axar.az-a istinadən xəbər verir ki, bunu sözügedən partiyanın lideri Sergey Mironov deyib.

“Bu gün istənilən şəxs istənilən ölkənin bayrağını və ya gerbini asa bilər – istər Ukrayna, istər ABŞ, istərsə də Azərbaycan. Bundan Rusiya ilə birlik hiss etməyən diasporlar istifadə edir, bu da millətlərarası qarşıdurmanın qızışdırılmasına töhfə verə bilər. Təbii ki, istisnalar olacaq: diplomatik nümayəndəliklər, sərgilər, forumlar, idman tədbirləri. Yalnız Ədalətli Rusiya fraksiyasının növbəti təhlükə ilə mübarizə aparmasını gözləmək qalır: dövlət standartlarına cavab verməyən borş və ya Rusiyada ənənəvi dəyərləri məhv edən xəngəl”, — o, bildirib.

araz.az xəbər portalı.