
Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov bəyan edib ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı mümkün qərarı erməni xalqının maraqlarına uyğun deyil.
Arazpress.com NEWS.ru-ya istinadən xəbər verir ki, general qeyd edib ki, analoji qərarları tək hökumət başçısı qəbul edə bilməz.
“Paşinyan indi təbii ki, Ermənistanın lideridir, amma hələ də orada erməni xalqı var. Ermənistanın KTMT-dən çıxması isə erməni xalqı üçün qətiyyən prioritet deyil. Paşinyanlar gəldi-gedərdi, amma Ermənistan qalır. Ona görə də gəlin belə siyasətçilərin bəyanatlarına sakit reaksiya verək, — Kartapolov bildirib.
O vurğulayıb ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı qərarı respublika parlamenti də təsdiqləməlidir. Onun sözlərinə görə, başa düşmək lazımdır ki, beynəlxalq müqavilələr üzrə istənilən qərarlar mürəkkəb prosedur prosesləri, o cümlədən maliyyələşdirmə və sazişlərin müddətinin uzadılması məsələləri tələb edir.
Deputat Rusiyanın Ermənistandakı hərbi bazasının statusuna xüsusi diqqət yetirib. O izah edib ki, obyekt KTMT çərçivəsində müqavilə deyil, ölkələr arasında ikitərəfli saziş əsasında fəaliyyət göstərir.
“Buna görə də baza lazım olana qədər orada vəzifələrini yerinə yetirməyə davam edəcək”, — deyə, parlamentari yekunlaşdırıb.
Paşinyan bir qədər əvvəl bəyan edib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ölkənin assosiasiyaya üzvlüyünün dondurulmamasından daha çox ehtimal olunan variantdır. Onun sözlərinə görə, guya KTMT Ermənistanın ərazi bütövlüyü məsələsində qırmızı xətlə bağlı verdiyi vədləri pozub. /Publika.az/
araz.az xəbər portalı.