
Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı Əmr imzalayıb.
Arazpress.com xəbər verir ki, Əmrə əsasən adları qeyd edilən XI sinif məzunları qızıl və gümüş nişanlarla təltif olunublar.
Həmin təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılmalı, Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etməlidir.
Həmçinin nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə (Səbuhi Rzayev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etmək tapşırılıb. Əmrin icrasına nəzarət isə nazir müavini Həsən Həsənliyə həvalə olunub.
araz.az xəbər portalı.