
Rusiyanın keçmiş Baş naziri Sergey Stepaşin Vladimir Zelenskinin 1991-ci il sərhədlərinə qayıtmaq çağırışlarını şərh edib.
Arazpress.com xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə danışıb.
Siyasətçi xatırladıb ki, Ukrayna özü SSRİ-nin dağılmasına səbəb olan “Belovej” sazişlərinin imzalanmasında iştirak edib.
Stepaşin vurğulayıb ki, 1922-ci ildə Ukrayna SSR Kiyevin indi özününkü hesab etdiyi ərazilərsiz — Kiçik Rusiya, Odessa, Xarkov, Krım və Sevastopolsuz Sovet İttifaqının yaradılması haqqında müqavilə imzalayıb.
Stepaşin sonda Ukrayna Prezidentinə xitab edib: “Yoldaş Zelenski, yoxsa, cənab Zelenski, eşidirsən məni? Qayıdaq! Onlar tarixi bilmirlər!”. /publika.az/
araz.az xəbər portalı.