Paytaxtın digər məşhur ərazilərində olduğu kimi, Binəqədi rayonundakı Xutor qəsəbəsində də, söküntü işləri ilə bağlı hazırlıqlara başlanılıb. Bununla bağlı etibarlı mənbədən Arazpress.com-a daxil olan məlumatda deyilir ki, qəsəbədə fərdi yaşayış evlərinin söküntüsünə tezliklə start veriləcək.

Artıq plana düşən sözügedən əraziyə rəsmi qurumların nümayəndələri baxış keçirməyə başlayıblar. Məhəllə, sıra və küçələrdəki fərdi yaşayış evlərində sahədaxili ölçmə işləri aparılıb.

Aidiyyatı qurumlar tərəfindən müəyyən edilən kompensasiyanın məbləği barədə sakinlər məlumat da əldə ediblər. Mülklərinin hər kvadrat metri üçün onlara 2700 manat kompensasiya verilməsi nəzərdə tutulub.

Onu qeyd edək ki, indiki mərhələdə Xutor ərazisində söküntüsü nəzərdə tutulan tikililərin sahədaxili ölçmə işlərinin həyata keçirilməsini tezliklə başa çatdırmaq ön planda durur. 

Səməndər QURBANOV,

araz.az xəbər portalı.