
Fransa Prezidenti Emmanuel Makron Rusiyaya qarşı növbəti cəsarətli addım atıb.
Arazpress.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Makron Qərbin Rusiyaya təzyiqi artırmaq niyyətini açıqlayıb.
Onun sözlərinə görə, Fransa Ukraynanı dəstəkləməkdə davam etmək niyyətindədir. Ona görə, Kiyev bundan sonra da Fransadan hər cür yardım alacaq.
“Mən indicə Vladimir Zelenski ilə söhbət etdim. Biz birlikdə Rusiyaya təzyiqi artırırıq”, — Makron sosial media hesabında yazıb.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın çoxdan hər cür məhdudiyyətlərə uyğunlaşdığını və indi yeni çağırışlara tam hazır olduğunu açıqlayıb. /Publika.az/
araz.az xəbər portalı.