İran İslam Respublikasından keçən Bakı –Naxçıvan — Bakı avtobus reyslərinin fəaliyyətində problem aradan qaldırılıb. Avtobuslar müvəqqəti olaraq İranda saxlanılıb, lakin sonradan buraxılıblar. Arazpress.com bildirir ki, artıq avtobuslar Naxçıvana çatıb.

AYNA-dan bildirilib ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılsa da, 19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb.

Onu da qeyd edək ki, marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır.

araz.az xəbər portalı.