Ölkəmizdə tanınmış təşkilatlardan biri olan Bütöv Azərbaycan Ocaqları jurnalistlərə 22 İyul — Milli Mətbuat Günü münasibətilə bayram təbriki ünvanlayıb.

Təşkilatın Mətbuat Xidmətindən Arazpress.com-a da daxil olan həmin təbrikdə deyilir:

“İyulun 22-sində Azərbaycan Milli Mətbuatının yubiley günüdür. Həmin gün yaranmasının 150 ili tamam olan Azərbaycan mətbuatı şanlı tarix yolu keçib. 

Düz 150 il əvvəl Azərbaycanda ilk mətbu orqan — əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan “Əkinçi” qəzeti nəşrə başlayıb. Bu nəşr günü o vaxtdan ölkəmizdə milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.

Bütöv Azərbaycan Ocaqları olaraq, xalqın maariflənməsi yolunda fəaliyyət göstərən, Həsən bəy Zərdabi ənənələrini şərəflə davam etdirən mətbuat işçilərini və jurnalistləri yubileyini qeyd etdiyimiz media bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bütün qələm sahiblərinə bu məsuliyyətli və çətin işlərində böyük uğurlar arzulayırıq.

Bayramınız qutlu olsun, əziz jurnalistlər!”.

araz.az xəbər portalı.