
Dünən Türkiyədəki meşə yanğını bölgəsində dəhşətli hadisə yaşanıb. Arazpress.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Əskişəhər bölgəsinin Seyitqazi rayonunda baş verib.
Məlumata görə, meşə yanğının söndürülməsinə qatılan 10 yanğınsöndürən həyatı ilə vidalaşıb, 7 nəfər isə, müxtəlif yanq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 1-i isə, ağır vəziyyətdə, reanimasiyadadır.
Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı Ankara Yanğın İdarəetmə Mərkəzində meşə yanğınları ilə bağlı mətbuat konfransında bildirib ki, Əskişəhərin Seyitqazi rayonunda başlayan və Afyonkarahisar sərhədinə qədər uzanan yanğında iştirak edən 19 meşə təsərrüfatı işçisi, 5 AKUT üzvü və digər 24 əməkdaş küləyin ani dəyişməsi ilə alov içində qalıblar:
“Təəssüf ki, onlardan 14-ü müxtəlif ağır xəsarətlərlə xəstəxanalarda müalicə alır. Təəssüf ki, 10 nəfər Allahın rəhmətinə qovuşub….”.
araz.az xəbər portalı.