İşədüzəltmə adı ilə insanları aldadan dələduzlar, təəssüf ki, səngimək bilmir. Vəzifəli şəxsin vəzifəsindən sui-istifadə edərək, insanları aldatması isə lap dəhşətlidir.

Arazpress.com bildirir ki, redaksiyalara şikayət edən belə zərərçəkənlərdən biri də jurnalist Yeganə Telmanqızıdır.

Gununsesi.info-ya məsələ ilə bağlı danışan xanım jurnalist deyib ki, hüquqşünas – mediator işədüzəltmək adı ilə ona pul atıb və zənglərinə cavab vermir. Yeganə Telmanqızı onu da bildirib ki, 10 ildir, tanıdığı ailə etibarından sui-istifadə edərək, onu aldadıb:

“Əslində, mən Səmədov Rəşad Abusəməd oğlundan hüquqi yardım istəmişdim. Söhbət əsnasında məndən soruşdu ki, oğlunu işə düzətmisən? Dedim, hələ yox, oxuyur. Dedi, gəl sənə kömək edim, oğlunu “ASAN xidmət”-ə işə düzəldim. Məndən 2 min AZN pul aldı. Sonra dedi ki, pulun qalanını da düzəldəndən sonra verərsən. Arada zəng edib iş barədə soruşurdum. Deyirdi, narahat olmayın, iş artıq həll olub. Ondan 15 gün sonra zəng edib dedi ki, uşağın kostyum ölçülərini verin, artıq işi hazırdır, gedib oturacaq. Mən də inandım. Düşündüm ki, 10 ildi tanıyıram ailəni. Bacısı Çinarə Səmədova da Bakı şəhərindəki klinikaların birində şöbə müdiri işləyir. Mənə deyirdi, siz mənim bütün ailəmi tanıyırsız, biz neçə illərdi çörək kəsmişik”.

Yeganə Telmanqızının sözlərinə görə, Rəşad Səmədov yaxın günlərdə Vəkillər Kollegiyasının imtahanlarından keçib, vəkil seçiləcək:

“Mən kasıb adamam. Kirayədə yaşayıram. 3 yetim uşağa baxıram. Hüquqlarımızın müdafiəsini bu cür insanlara necə etibar edək?

Atası Abusəməd Səmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 30 ildir ki, prokuror vəzifəsində çalışıb. Rəşad Səmədov isə yaxın günlərdə Vəkillər Kollegiyasının imtahanlarından keçib və vəkil seçiləcək, hal-hazırda mediator kimi fəaliyyət göstərir”.

Yeganə Telmanqızı vurğulayıb ki, onun rəfiqəsi də Rəşad Səmədovdan hüquqi məsləhət almışdır:

“Rəfiqəm də həmin hüquqşünasdan hüquqi məsləhət almışdır. Ona və yoldaşına da qızının işə düzəlməsi ilə bağlı vəd verib, 10 min AZN-ə yaxın pul atıb. İndi telefonlarını söndürüb. Cavab vermirlər.

Bu barədə “102” Xidmətinə də şikayət etmişəm ”.

Sözügedən hüquqşünasın fotosu:

Prokuror Abusəməd Səmədovun fotosu: 

araz.az xəbər portalı.