
İlham ƏHMƏDOV,
dosent, elm və təhsil eksperti ———-
Təəssüf ki, ölkənin təhsil siyasəti son illər elə güzəştlərdən ibarət olub. 200-dən çox təhsil müəssisəsini idarə edən Abşeron — Xızı Regional Təhsil İdarəsi bir ildə 26 milyon yeyinti edib. Hər təhsil müəssisəsinin bir ildə 150 min manat, yəni gündə 400 manatlıq yeyinti etdiyi üzə çıxır. Bu nə məbləğdir ki, jurnalistlər hay-küy salırlar?
5 milyard rəsmi büdcəsi olan ETN, indi bir məktəbdə gündəlik 400 manatlıq yeyinti üçün “öz menecer kadr”larına nə deyəcək ki?
Çox da ki, bu rəqəmi ölkənin 5000 təhsil müəssisəsi səviyyəsində hesablayanda, yeyintinin həcmi bir milyardı keçir. Olsun də. Bacarana təhsil qurban, çox da ki, təhsil millət gələcəyidir.
Bu hələ səthi hesablamadır. Bəs rəsmi qurumlar hesablasa bunu, hansı rəqəmlər ortaya çıxar?
Bu gün nazirin bu vəzifəyə təyinatının 5 ili tamamlanır. Görəsən 5 ildə bu məbləğ nə qədər edərdi?
Təhsildə güzəşt siyasəti isə hələ də davam edir.
araz.az xəbər portalı.