ABŞ-da enerji içkisi qutuları səhvən spirtlə doldurulub.

Arazpress.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman İdarəsi (FDA) məlumat yayıb.

Bildirilib ki, “Celsius” markalı enerji içkilərinin səhvən spirtlə doldurulması faktı ilə bağlı çoxsaylı şiakyətlər alınıb: “Bizə həmin markanın “Astro Vibe Sparkling Blue Razz” adlı yeni buraxılış qutularının spirtli içki doldurulması barədə məlumatlar verilib. Bu, araşdırma ilə təsdiqlənib. Şirkət bunun səhvənbaş evrdiyini deyib və üzrxahlıq edib”.

Məlumata görə, səhvən doldurulmuş içkilərin geri toplanmasına başlanıb. Bu isə uzun vaxt tələb edir. 

araz.az xəbər portalı.