İsmayıllı rayonunda yaşayan “Şimal Region TV”-nin jurnalisti Elçin İsmayıllı həbs olunma təhkükəsi ilə üz-üzədir. Məsələnin ən maraqlı tərəfi isə odur ki, prokurorluq müstəntiqinin iddiaları onun həbs edilməsi üçün əsas yaradıb. Daha doğrusu, jurnalist İsmayıllı və ətraf bölgələrdə yaşayan insanların problemlırini işıqlandırdığı üçün həbs təhlükəsi məngənəsinə düşüb.

Arazpress.com xəbər verir ki, Elçin İsmayıllı öz Facebook hesabında məsələ ilə əlaqədar belə bir paylaşım edib:

“Dostlar indi də Göyçay Rayon Prokurorluğu məni hədəfə alıb. Bu gün saat 11:00-da İsmayıllı Rayon Prokurorluğunda Göyçay Rayon Prokurorluğunun böyük müstəntiqi Vüqar Mustafayev məni izahata dəvət etdi. Deyir ki, şikayətçilərin videolarını niyə kütləvi şəkildə yayımlayırsınız. Bəs,  Prezidentimiz deyirdi ki, mənə siqnal verin?”.

Bəli, görünən odur ki, sözün əsl mənasında siqnal verənləri acı tale  gözləyir, nəinki, problem yaradan məmurları. Belə olan halda, bir çox məmurlar istədikləri özbaşnalıqları etsinlər, amma onlara “Gözün üstə qaşın var” deyən olmasın!

Arazpress.com media subyekti olaraq, bu ciddi məsələni diqqətdə saxlayacaq. Eyni zamanda, hər iki prokurorluq orqanının məsələ ilə əlaqədar fikrini paylaşmağa da hazırıq.

araz.az xəbər portalı.