İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dini rəhbərimiz Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadənin oğlu Şahin Paşazadənin qanuni təmsilçiliyi ilə yaradılan yeni şirkəti qeydiyyata alıb.

Arazpress.com bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu, “Espressolab Az” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev.D1, 10-da yerləşir. Şirkətin fəaliyyət istiqaməti isə açıqlanmayıb.

Məlumat üçün bildirək ki, 2024-cü ildə həmin küçədə — ev, 1, mənzil, 10 ünvanında isə “PS H” Məhdud Məsuliyyətli Cəmiyyəti də qeydiyyata alınıb. Bu şirkətin qanuni təmsilçisi isə Paşazadə Gülabə Ağahəbib qızıdır.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə Ş. Paşazadə biznes fəaliyyəti ilə məşğuldur və onun bundan əvvəl də bir neçə şirkəti olub.

araz.az xəbər portalı.