İstirahətini dənizin sahillərində keçirən, amma dənizə çirkləndirmə poliqonu kimi baxan adamlara nə deyəsən? Elə buna görə də Xəzər dənizinin sahilini çirkləndirən 14 nəfər məsuliyyətə cəlb olunub.

Arazpress.com bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, Bakının Qaradağ, Xətai, Xəzər və Binəqədi, respublikanın Xaçmaz rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, içməli məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması və qadağan edilmiş yerlərdə tütün çəkilməsi halları aşkar edilib.

Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 10, içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıdan 3 və qadağan olunmuş yerdə tütün çəkən 1 nəfər olmaqla ümumilikdə 14 şəxs barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbir görülüb.

Bu yerdə ictimai maarifləndirmə və ictimai qınaq da müsbət rol oynayır.

araz.az xəbər portalı.