
“İlham Əliyev dünya liderlərinə “Əsil lider necə olmalıdır?” mesajını da verdi”
“Bu gün bütün dünyanın gözü hərisliklə, qibtə ilə Azərbaycan Prezidentinin siyasi kursuna yönəlib. Dost dövlətlər sevinir, düşmənlərin gözləri kor olur”.
Arazpress.com bildirir ki, bunu Versus.Az-a gündəmi özünə çəkən ABŞ görüşü ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Prezident İlham Əliyevin ABŞ-da yüksək səviyyədə qarşılanmasına diqqət çəkən partiya sədri qeyd edib ki, Donald Trampla görüş çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində aparılan müzakirələr əslində, Azərbaycan diplomatiyasının növbəti strateji qələbəsi, uğurudur.
H. Hacıyevin vurğulayıb ki, bu səfər çərçivəsində həm regional iqtisadi bağlantıların möhkəmləndirilməsi, həm də ABŞ sərmayələrinin qeyri-neft sektoruna yönəldilməsi üçün real zəmin formalaşıb ki, bu da çox önəmli addımlardandır:
“Ən önəmli məqamlardan biri isə ondan ibarətdir ki, prezidentlərin görüşü zamanı Azərbaycan üçün ədalətsiz yanaşma olan 907-ci düzəliş də gündəmə gətirildi. ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi və Azərbaycan üçün ədalətsiz yanaşmanı əks etdirən “Azadlığı Müdafiə Aktına 907-ci düzəliş”in dondurulması məsələsinin gündəmə gətirilməsi təkcə diplomatik jest deyil, eyni zamanda ABŞ tərəfindən Azərbaycanın haqlı mövqeyinə verilən siyasi dəstəkdir”.
Bu addımın regionda sülhün və əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini deyən H.Hacıyevun fikrincə, ABŞ-ın Cənubi Qafqazda sülh prosesinə getdikcə daha aktiv şəkildə cəlb olunması, xüsusilə Ermənistanla münasibətlərin normallaşması və regional kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsində Vaşinqtonun dəstəyinin güclənməsi bölgə üçün yeni reallıqlar vəd edir:
“Bu dəhlizin açılması ilə təkcə Azərbaycan deyil, bütövlükdə region iqtisadi və geosiyasi baxımdan yeni mərhələyə qədəm qoyacaq. ABŞ-Azərbaycan münasibətlərinin sistemli inkişafı onu göstərir ki, Azərbaycan artıq təkcə enerji mənbəyi deyil, həm də regionda innovasiyaların, texnoloji tərəqqinin və yeni təhlükəsizlik arxitekturasının aparıcı iştirakçısına çevrilir. ABŞ isə regionda sülh təşəbbüsünü ələ almaqla regionun sabitliyinə, yeni layihələrin və əməkdaşlıqların başlanmasına töhvə vermiş oldu”.
H. Hacıyev bildirdi ki, təbii olaraq bütün bu baş verənlər Rusiyanın ürəyincə deyil:
“İndi Putin getsin bundan sonra özünə müttəfiqlər axtarsın, iqtisadiyyatını gücləndirmək üçün özünə uyğun yollar axtarsın. Putin elə bilirdi ki, yenidən sovetlər yaradıb hazırına nazir olacaq. 44 günlük müharibə dövründə də gedib Ermənistanın yanında durmaqla ən böyük siyasi səhvini etdi. İndi Ukraynanın əlində qalıb, başı açılmır, başı açılsa çoxdan hazırki görüşlərin baş tutmaması üçün bütün yollara əl atardı”.
MMP sədri vurğuladı ki, Azərbaycan Prezideti çox təmkinlə istədiklərinə bir-bir nail oldu, dünya dövlətlərinə Azərbaycanın bu üzünü də göstərdi:
“Azərbaycan siyasi partiyaları, xalq da daim bu birliyi, həmrəyliyi qorumaqla şanlı tarixlərin yazılması naminə ölkə başçısının ətrafında birləşdi.
Xalqımızla birlikdə gələcək nəsillərə xoşbəxt və firavan yaşamaq şansını qazandırmaq böyük qürurvericidir. Müharibədən sonrakı növbəti diplomatik uğuru xalqımıza Prezident yaşatdı. Bu, regional inteqrasiya strategiyamızın geosiyasətdə üstünlük qazandığımızı açıq şəkildə göstərir. Bizim Müasir Müsavat Partiyası olaraq daim ölkə başçısının siyasi kursunu dəstəkləyirik, onun apardığı siyasətin müsbət nəticələri barədə partiyamızın rəhbərliyi səviyyəsində müzakirələr aparır, görülən işlər barədə təbliğat-təşviqat tədbirləri görürük
İnanıram ki, Azərbaycanın uğurları bundan sonra da davam edəcə və Prezidentimiz dünya liderləri sırasında ən öndə duranlardan olacaq. Bir sözlə, bu gün İlham Əliyev dünya liderlərinə əsl lider necə olmalıdır mesajını da verdi”. /versus.az/
araz.az xəbər portalı.