
İran yenə çaşır, guya, hücuma keçməyə və qoşunları ilə Zəngəzura girməyə hazırdır. Arazpress.com bildirir ki, belə axmaq iddianı bir daha İranın Ermənistandakı keçmiş səfiri Seyid Əli Sağayan səsləndirib. Sabiq səfir əvvəlki kimi öz ampluasındadır. Nə dediyini özü də anlamır.
“Qafqaz bizimdir. Malik olduğumuz ortaq sərhədə heç kim sahib ola bilməz” — deyərək, Şağayan “od püskürür”. Özü də İran dövlət televiziyasına müsahibəsində. Və çıxışında onu da deyib ki, ABŞ-ın Cənubi Qafqazdakı planlarının həyata keçməsinə imkan verilməyəcək:
“ABŞ hər hansı planını həyata keçirə bilməyəcək. Qüvvələrimiz hazırdır və əgər hər hansı hadisə baş versə, regiona ilk girən də biz olacağıq. Bunu rəsmi şəkildə bəyan etmişik. Biz bunu qətiyyətlə deyirik və heç kimin qarşısında məhdudiyyətimiz yoxdur”.
Məhi ELSEVƏR,
araz.az xəbər portalı.