
Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində dəyişikliklər edilib. Arazpress.com bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Bakı – Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 11 avqustdan etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişin qatarları yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.
araz.az xəbər portalı.