
Sosial şəbəkələrdən Arazpress.com-un əldə etdiyi bu məlumatın mövzusu birbaşa abır-həya ilə bağlıdır. Yəni ki, soydaşımız olan birisi hətta Fransada da öz soydaşımıza kələk gəlib. Daha doğrusu, doğma Azərbaycanımızdan olan bir ailəni xaricdə çətin problemlə üz-üzə qoyub…
…Konkret desək, Azərbaycandan Almaniyaya yaşamağa gedən Gültac Məhəmməd iki azyaşlı uşağı ilə birlikdə rastlaşdığı problemini yoluna qoymaq üçün, həmin ölkədə yaşayan Rəna Nizami adlı bir xanıma yardım üçün müraciət edib. Bundan sonra, Rəna xanım guya daimi iş birliyində olduğu və Fransanın Laval şəhərində yaşayan sürücü Zahid Rzayevlə əlaqə yaradıb. Ona müraciət edən ailəni Fransaya aparıb, oradan da Azərbaycana yola salmağı xahiş edib.
Maraqlı burasıdır ki, həmin vaxt Zahid Rzayevin özü də Almaniyada olub. Bu işbazların danışığından sonra, Rəna Nizami problemlə üz-üzə qalan ailənin başçısından 2000 evro pul alıb. Pulu aldıqdan sonra isə, ailəni sürücü Zahid Rzayevlə Fransadan Azərbaycana yola salıb.
Rəna Nizaminin sürücü tanışı ailəni Fransa Hava Limanına aparıb və onları oradan yola salmaq üçün Gültac Məhəmməddən “zəhmət haqqı” olaraq barmağındakı nişan üzüyünü istəyib. Gültac xanım nişan üzüyünü verməkdən imtina etdikdə, sürücü ailəni hava limanının ortasında buraxaraq, aradan çıxıb. Hətta onlara hədə-qorxu da gəlib…
…Ən pisi odur ki, ailə Azərbaycana gəlmək istəyərkən, Fransa Hava Limanında saxlanılıb. Gültac xanım heç bir yerə məlumat verməmişdən öncə, Rəna Nizami baş verdiyi andan bu hadisədən xəbərdar olub. Hətta birinci hadisənin davamının baş verdiyini zəng edərək, bu xəbəri saxlanılan ailənin başçısına çatdırıb…
…Hökumət tərəfindən iki azyaşlı uşağı əlindən alınan Gültac Məmməd Tik-Tok platformasına çıxaraq, fəryad edib və başlarına hər-hansı hadisənin gələcəyi təqdirdə, Rəna Nizamini və sürücü Zahid Rzayevi günahkar hesab edəcəyini bildirib.
Amma nə olsun?! Heç nə etmək mümkün olmayıb. Ana köməksizdir və elə buna görə də, baş verənləri media vasitəsi olaraq diqqətdə saxlayacağıq.
Əli HÜSEYN,
araz.az xəbər portalı.