
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında fəaliyyət göstərən Suların İstifadəsi və Mühafizəsinə Dövlət Nəzarət Xidməti cari mebel və inventarların satın alınması üzrə tenderin qalibini müəyyənləşdirib.
Arazpress.com xəbər verir ki, tenderin qalibi “Embawood” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 219,935.48 AZN məbləğində müqavilə bağlanacaq.
Alınacaq əşyalar arasında paltar dolabı, sənəd dolabı, müxtəlif növ kreslolar və digər inventarlar yer alır.
Qeyd edək ki, Agentliyə qudalarını rəhbərlik elədiyi qurumda yüksək vəzifələrə təyin etməklə nam qazanmış Zaur Mikayılov rəhbərlik edir.
araz.az xəbər portalı.