
İmişli rayonunda növbəti dəfə məktəbli uşaqların qanını tökən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Arazpress.com xəbər verir ki, hadisəni törədən şəxsin Ramiz Mehdiyevin daim adı qalmaqallarda hallandırılan biznes ortağı, 200 min manat dəyərində lüks “Mercedes” markalı avtomobili idarə edən Əziz Quliyev olduğu bildirilir.
Məlumata görə, qəza zamanı avtomobil məktəbli uşaqları vurub və onlar ciddi bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hadisə yerindən dərhal sonra Əziz Quliyevin qaçdığı və bu ağır insidentin ört-basdır edilməsi üçün yüksək əlaqələrindən istifadə etməyə çalışdığı iddia olunur.
Məlumata görə, bu məqsədlə Ramiz Mehdiyevin kürəkəni və sabiq millət vəkili İlham Əliyev hərəkətə keçərək bütün imkanlarını işə salıb. Bundan əlavə, qəza nəticəsində yaralanan uşaqların atası, zavodda fəhlə işləyən Cəmil Babaşovun müxtəlif vasitələrlə təzyiqə məruz qalması və ondan rəsmi şikayətçi olmamasının tələb edilməsi barədə məlumatlar var.
İmişli və ətraf rayon sakinləri isə bu hadisənin ört-basdır edilməsinə qarşı çıxaraq, Əziz Quliyevin qanun qarşısında məsuliyyət daşımasını tələb edirlər.
Hadisənin araşdırılması davam edir.
araz.az xəbər portalı.