
6 saylı Cəzaçəkmə Müəssisəsində məhbus həyatı yaşayan tanınmış telejurnalist Sənan Həsənoğlu media vasitələrinə məktub göndərib. Arazpress.com bildirir ki, müəllifi öz məktubunda Prezident İlham Əliyevin Vaşinqton səfəri və orada imzalanmış üçtərəfli memorandumdan bəhs edib.
Sənan Həsənoğlu qeyd edib ki, cənab Prezidentin ABŞ-yə səfərini həyəcanla izləyib və orada Ermənistanla Azərbaycan arasında yekun sülh sənədinin imzalanması istiqamətində atılmış tarixi addımı – bəyannamənin imzalanmasını böyük sevinc hissi ilə qarşılayıb:
“Bir daha cənab prezidentlə qürur duydum. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz şanlı zəfər məndə hansı hisslər yaratmışdısa, Vaşinqtonda əldə olunmuş uğur da eyni duyğuları yaratdı. Möhtərəm Prezidentimiz, zəfərimizin müəllifi olduğu kimi, sülh gündəliyinin də müəllifi oldu. İmzalanmış sənəddə Azərbaycanın bütün tələbləri üzrə müvafiq müddəaların yer alması Prezidentimizin prinsipiallığının və qətiyyətinin təcəssümüdür.
Dövlətimizin başçısı dəfələrlə bildirmişdi ki, Zəngəzur dəhlizi açılacaq və budur biz artıq bunun reallaşmasına şahidlik edirik. Hər şeyə görə Cənab Prezidentə təşəkkür edirəm. Bizə, Azərbaycan vətəndaşlarına qürur yaşatmaqda davam edən dövlətimizin başçısı ilə fəxr edirik”, — deyə, məktubda vurğulanır.
Xatırladırıq ki, Sənan Həsənoğlu uzun illər “Space”, “Azad Azərbaycan” və AzTV-nin Qarabağ bürosu üzrə müxbiri kimi fəaliyyət göstərib. Həmçinin YouTube platfarması üzərindən faliyyət göstərən “Xəbər Kanalı”nın təsiçisi olub.
Telejurnalist Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Artıq cəzasının 4 ili bitib. O, dəfələrlə cəzasının çox hissəsini çəkdiyi üçün daxili məhkəməyə muraciət etsə də rədd cavabı alır. Halbuki onun səhhətində ağır problemlər var, ürəyinə 7 stend qoyulub.
Təxminən 2 ay bundan öncə həbsxanada ağır insult keçirib. Danışıq nitqində və görmə qabiliyyətində ağır fəsadlar yaranıb. Ümid edirik adiyyəti qurumlar onun xalqa və dövlətə olan xidmətlərini nəzərə alaraq tez bir zamanda azad olunması üçün dövlətin rəhbər şəxsləri aidiyyəti qurumlara tapşırıqlar verəcək.
Sənan Həsənoğlu da bunu həbsxanada səbrsizliklə gözləyir və ümid edir.
araz.az xəbər portalı.