Mətbuat müharibədən yenicə çıxan İranda artıq su qıtlığı probleminin həqiqət olduğunu yazır. Qeyd edilir ki, bu təhlükə getdikcə daha da böyüyür — Bəzi barajlar quruyub, bəziləri isə qurumaq üzrədir.

İranda quraqlıq təhlükəsi və içməli su problemi günü-gündən böyüməli idi. Çünki molla rejimi heç vaxt əhali narazılığını eşitməyib və indi də öz hayındadır. 

Arazpress.com xarici mətbuata istinadən onu da xəbər verir ki, bu barədə İranın Su Ehtiyatları İdarəetmə Şirkəti belə xüsusi açıqlama yayıb.

Açıqlamaya görə, Xorasan vilayətinin şimal-şərqindəki Torok barajında (nəhəng içməli su gölü) suyun səviyyəsi 6 faiz, Dosti barajında 5 faiz, şimaldakı Gülüstan əyalətinin Vuşmgir rayonunda 0 faiz, Mazandaran vilayətinin Lar rayonunda 5 faiz, Gilanda Sefidrud rayonunda 4 faiz, Hörmüzqan əyalətində suyun səviyyəsi Şamil barajında 0, İstiqlalda 3 faiz, Fars vilayətində Rudbalda 0, Kirman əyalətinin Nesa rayonunda suyun səviyyəsi 8 faiz, Tenguiyehdə 7 faiz, Mərkəzi vilayətin Ponzdeh Xurdad bölgəsində 8 faiz, Savehdə isə 7 faiz həddinə qədər enib.

Məlumatda deyilir ki, bu, istər-isməz içməli su veilişini ciddi formada məhdudlaşdırmağı qaçılmaz edib.

Şirkət əhaliyə xəbərdarlıq edib ki, guya,  suya ciddi qəanət edilməsə, qeyd edilən bölgələrdə quraqlıq sentyabrın 10-na kimi daha ağır forma alacaq.

İran mediası paytaxt Tehranın da oktyabradək su ehtiyatının qaldığını yazır: 

“Əgər bu tarixə qədər güclü yağışlar olmasa, paytaxt daha stresli halla üzləşəcək”.

araz.az xəbər portalı.