
Paytaxt Bakı və ölkənin böyük şəhərlərində qanunsuz tikinti işləri son zamanlar yenidən füsət alıb.
Arazpress.com “Azərbaycan Reallığı”na istinadən xəbər verir ki, buna səbəb yerli İcra Hakimiyyət orqanlarının və digər cavabdeh qurumların sahibkarlarla gizli şəkildə “anlaşaraq” qanunsuz tikintilərə göz yummasıdır.
Paytaxtın Binəqədi rayonundakı Süleyman Sani Axundov küçəsində yerləşən “AL SARAY” restoranında qanunsuz tikintinin həyata keçirilir. “Al Saray” restoranının həyətində Natiq adlı şəxs tərəfindən ağaclar məhv edilərək əlavə otaqlar tikilir Qeyd edək ki, restoranın həyətində inşa işlərinin aparılması ilə bağlı heç bir rəsmi icazə yoxdur.
Bildirək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Hər hansı bir tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə alınmalıdır. Ancaq Süleyman Sani Axundov küçəsində yerləşən “AL SARAY” restoranında qanunsuz tikinti işlərini aparan Natiq adlı şəxs ağacların kəsilməsini qeydə alan əməkdaşımızın fəaliyyətinə kobud şəkildə mane olaraq onun vəsiqəsini yararsız hala salmışdır.
Bununla bağlı aidiyyatı qurumlara müraciət olundu.
Məlumatda iddia olunur ki, “AL SARAY” restoranında qanunsuz tikintiyə icazə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babyev tərəfindən “verilib”.
Daxil olan məlumata görə qanunsuz tikinti işləri davam etdirilir. Bu isə o anlama gəlir ki, “AL SARAY”da tikinti işləri aparan Natiq adlı şəxs və restoran rəhbərliyi qanunları heçə sayır.
Qanunsuz tikinti ilə bağlı Binəqədi Rayon İcra hakimiyyətindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən heç bir açıqlama almaq mümkün olmadı. Qurumların münasibətini dərc etməyə hazırıq.
araz.az xəbər portalı.