
Yetişməkdə olan nəslin sağlam böyüməsində həm fiziki, həm də intellektual idman növlərinin əhəmiyyəti böyükdür. Həmin idman növlərinin təlim etdirildiyi məktəblər də şəhər mərkəzlərində və ya ucqar kəndlərdə yerləşməsinə baxmayaraq nəzarətsiz qalmamalı, səliqə-səhmanına, sanitar vəziyyətlərinə fikir verilməlidir.
Samux rayonunun Alıuşağı kəndində yerləşən Şahmat — İdman Məktəbinin tennis zalını zibilxanaya çeviriblər desək, yanılmarıq. Burada güləş zalı da var. Həmin zalı əzab-əziyyətlə təmiz saxlamağa müvəffəq olublar. Amma bu zal bircə gün nəzarətsiz qalarsa, həmin an zibilxanaya çevrilə bilər. Necə ki, tennis zalını çeviriblər.
Yerli sakinlər Arazpress.com-un da redaksiyasına bildiriblər ki, dəfələrlə Kənd İcra Nümayəndəsinə və təhsil idarəsinə müraciət etsələr də, əhəmiyyət verən yoxdur. Sanki kənd sahibsiz bir səhralığa çevrilib.
Hazırki zamanda məşhur ada malik olan “Balaxanı zibilliyi”ndə zibillərdən əsər-əlamət qalmayıb. Həmin ərazi gül-çiçəyə və yaşıllığa bələnib. Amma redaksiyamıza daxil olan fotolardan məlum olur ki, Alıuşağı kəndinin tennis zalını üfunət iyi bürüyüb.
Aidiyyatı qurumların da mövqeyini dinləyə bilərik.
araz.az xəbər portalı.