Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Bağırovun oğlu Xalid Bağırov vəfat edib.

Arazpress.com bildirir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, polkovnik Xalid Bağırov ötən gün 45 yaşında dünyasını dəyişib. Onun vəfat səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Tofiq Bağırov 1993 — 2002-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

araz.az xəbər portalı.