
İctimaiyyət professor Nərgiz Paşayevanın ailə paylaşımını çox maraqla qarşılayıb. Arazpress bildirir ki, Nərgiz xanım nəvəsinin atası ilə birgə olan fotosunu paylaşaraq, ona doğum günü münasibətilə səmimi qəlbdən gələn təbriklərini çatdırıb.
Həmin paylaşımında Nərgiz Paşayeva bu şərhini yazıb:
“Ad günün mübarək canım, səni çox, çox sevirəm! Xoşbəxt ol, sağlam ol, şanslı ol və səmimi qəlbdən sevil. Sən mənim gündəlik ilhamım və ilk qeyd-şərtsiz sevgimsən.
Bu gün möhtəşəm idi. Səninlə hər gün möhtəşəmdir.
Arif və Arif çay içirlər”.
Qeyd edək ki, Nərgiz Paşayevanın nəvəsinin bu gün doğum günüydü. Onun nəvəsi babası Arif Paşayevin adını daşıyır.
Nərgiz Paşayeva Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bacısıdır.


araz.az xəbər portalı.