Çinin Şençjen şəhərində ABŞ, Rusiya və Çinin prezidentləri Donald Trampın, Vladimir Putinin və Si Cinpinin iştirakı ilə və eləcə də ikitərəfli görüşlər dünyanın yenidən bölüşdürülməsi və ya üç dövlət arasında qlobal sövdələşmə kimi təqdim edilsə də, belə yanaşma mövcud geosiyasi reallıqlara uyğun gəlmir. Bu üç iqtisadi və hərbi cəhətdən nə qədər güclü olsa da dünyanı öz aralarında bölüşdürmək imkanına malik deyildir.

Əvvəla, ABŞ, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçüdür. Digər iki dövlət Böyük Britaniya və Fransanın, yəni Avropanın yeni düzəm prosesindən kənarlaşdırılması cəhdi özünü açıq göstərir. Çində “bölgü” görüşü zamanı Ukraynanın materik Rusiya ilə Krımı əlaqələndirən ən vacib infrastruktur körpüsünə zərbələr endirməsi üçlüyə elə məhz Britaniyanln, Fransanın xəbərdarlığıdır ki, mümkün razılaşmalar keçərli deyil.

Hazırkı qlobal geosiyasi mübarizədə ən əlverişli mövqedə ABŞ dayanır. Çin iqtisadiyyatının ABŞ-la rəqabət aparacaq səviyyəyə çatmasına baxmayaraq, enerji təhlükəsizliyi baxımından xarici təchizatdan ciddi asılıdır. Çinin əsas enerji təchizatçıları Venesuela, İran və Rusiyadlr. Venesuelanın neft sektorunda ABŞ-ın nəzarət keçməsi, İranla müharibə, iqtisadi və dəniz blokadası, Rusiya qarşı sanksiyalar fonunda Moskva ilə “dizel razılaşması” və ABŞ – ın Ukraynaya hərbi yardım və təsir imkanları ilə faktiki Çinin iqtisadiyyatına ABŞ-ın iqtisadi təzyiq və nəzarət mexanizmlərini artırıb.

Rusiya enerji ixracının əsas istiqamətlərindən birini Çinə yönəltsə də, Ukrayna müharibəsi Rusiyanın öz iqtisadi və hərbi ehtiyaclarını artırır, enerji resurslarından istifadə imkanlarını məhdudlaşdırır.

Ancaq, ABŞ üstün mövqedə olsa da, Tramp administrasiyasının bir sıra dövlətlərlə “təcavüz” siyasəti və İranla müharibənin hələ yekun siyasi-hərbi nəticə ilə başa çatmaması Vaşinqton üçün əlavə ciddi çətinliklər yaradır.

Rusiyannın vəziyyəti isə daha mürəkkəbdir. Ukrayna müharibəsi Rusiyanın zəiflədilməsinə yönəlmiş uzunmüddətli geosiyasi layihə kimi davam edir. Ukrayna məsələsini həll edə bilməyən Rusiyanın dünya bölgüsündə həlledici təsir imkanlarına malik olduğunu iddia etmək real geosiyasi vəziyyətlə uzlaşmır.

Əlbətdə Tramp administrasiyasının müharibəni dayandırmaq niyyətində olsa da Avropa xüsusən də Böyük Britaniya, Fransa, Almaniya buna imkan vermir. 2026-cı ilin sentyabrında Şotlandiya, Uels və Şimali İrlandiya siyasi liderlərinin Kardiff görüşü Britaniyanın konstitusion gələcəyini müzakirə edilməsi də ABŞ-ın geosiyasi maraqları çərçivəsində Londona siyasi təzyiqi idi.

Si Cinpinin Donald Trampı şəxsən qarşılaması, Vladimir Putinə münasibətdə isə eyni protokol davranış etməməsi və rəsmi foto çəkilişində onu mərkəzi mövqedən kənarlaşdırması Çinin Rusiyaya qlobal müstəvidə yerinin müəyyən edildiyi işarəsi kimi, həm də Rusiya–Çin strateji tərəfdaşlığında isə artan siyasi və geosiyasi asimmetriyanın ifadəsi ola bilər. Moskva Ukrayna müharibəsinin yaratdığı çətinlik səbəbindən müvəqqəti kompromis mümkündür.

Ancaq ərazi güzəştləri müqabilində qlobal güc iddialarından imtina etməsi inandırıcı deyil. Rusiyanın daxili potensialı isə mövcud zəif mövqeyini gələcəkdə bərpa etməsinə imkan verə bilər. Yeri gəlmişkən Çində keçən bu görüşdə özünə qarşı Si Zinpin tərəfindən “hörmətsizliyi” bağışlayan deyil. Çox güman ki, bir müddətdən sonra Rusiya-Çin münasibətlərinin gərginləşməsi müşahidə olunacaq.

İkinci Dünya müharibəsindən sonra formalaşmış ABŞ–Avropa münasibətləri kontekstində Vaşinqtonun NATO müdafiə öhdəliklərindən geri çəkilməsinə cavab olaraq Böyük Britaniya, Fransa və Almaniyanın müstəqil Avropa müdafiə strukturunun yaradılması təşəbbüsünə qarşı çıxması, şübhəsiz ki, ABŞ-ın Avropanı özünün tam siyasi və hərbi nəzarəti strategiyasını ortaya qoyur.

Trampın da hakimiyəti və onun komandasının taleyi bu il 3 noyabrda Konqresə keçən açı məğlubiyyət seçki nəticəsi gözləyir. Yəni ki, Trampın bütün beynəlxalq razılaşmaları müvəqqəti xarakter daşıyır.

Hazırkı qlobal geosiyasi vəziyyət əsasən ABŞ–Çin rəqabəti üzərindən formalaşır. İqtisadi, texnoloji və hərbi müstəvilərdə davam edən bu mübarizə tərəflərin milli və dövlət maraqları arasında fundamental ziddiyyətlər yaradır. Bu səbəbdən üç dövlətin, əsasən də ABŞ və Çinin dünyanın bölüşdürülməsi ilə bağlı vahid razılığa gəlməsi ehtimalı olduqca aşağıdır.

Bəzi siyasi dairəlır Sian görüşünü İkinci Dünya müharibəsi dövrünün Yalta konfransı ilə eyniləşdirir və yeni dünya nizamının formalaşdırılması kimi təqdim edir. Lakin həmin dövrün geosiyasi mənzərəsi ilə bugünkü reallıqlar arasında ciddi fərqlər var. Rusiya bu üç dövlət arasında mühüm hərbi potensiala malik olsa da, Ukrayna müharibəsi nəticəsində zəifləyib və potensialından əvvəlki miqyasda istifadə imkanları məhdudlaşıb.

Müasir dünyada müstəqil geosiyasi qərarlar qəbul etmək imkanına malik güclü dövlətlərin sayı artıb. Böyük Britaniya, Fransa, Almaniya, Pakistan, Hindistan, Yaponiya və sair qlobal siyasi və iqtisadi proseslərdə mühüm təsir imkanlarını qoruyurlar. Türkiyə və onun müttəfiqləri də regional və beynəlxalq münasibətlərdə müstəqil mövqe nümayiş etdirən güc mərkəzinə çevrilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dünya liderlərinin dünyanın beş dövlətdən böyük olduğunu dəfələrlə səsləndirib, nəinki üç.

Nəticə etibarilə, ABŞ, Rusiya və Çin arasında ayrı-ayrı geosiyasi məsələlər üzrə razılaşmalar mümkündür, ancaq qlobal dünya nizamının bölüşdürülməsinin üçtərəfli sövdələşməsi real görünmür. Müasir beynəlxalq münasibətlər sistemi artıq üç dövlətin iradəsi ilə müəyyənləşmir. Avropa və digər aparıcı qlobal güc mərkəzlərinin iştirakı olmadan yeni dünya nizamının formalaşdırılması və qlobal geosiyasi bölgüdən danışmaq mümkün deyil.

Vüqar DADAŞOV 

araz.az xəbər portalı.