
Hava limanlarındakı növbələr, uçuş gecikmələri və baqajla bağlı qeyri-müəyyənlik sərnişinlərin səyahət qərarlarına birbaşa təsir göstərir. Arazpress.com bildirir ki, SITA-nın son sorğusuna görə, 10 səyahətçidən 4-ü (42%) yaşayacağı stresə görə səfərdən imtina edib. Bu hal aviaşirkətlərin ən dəyərli müştəriləri sayılan daimi sərnişinlərin 60%-ində və gənc səyahətçilərin yarısından çoxunda müşahidə olunur.
SITA-nın baş direktoru Devid Lavorel bildirir ki, sərnişinlərin 80%-i texnologiyanın bu stresi azaldacağına inanır və 40%-i süni intellektdən real vaxt bildirişləri almağa hazırdır.
Aviaşirkətlər, hava limanları və sərhəd xidmətləri məlumatları qarşılıqlı paylaşdıqda sərnişinlər uçuş cədvəlindəki dəyişiklikləri, çıxış qapısına gedən vaxtı və baqajlarının yerini dərhal telefonlarında görə bilirlər. Bu şəffaflıq növbə vaxtını azaldaraq sərnişinlərə terminaldakı mağaza və restoranlardan rahat istifadə imkanı yaradır.
araz.az xəbər portalı.