Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin 2025-ci il yanvarın 23-də yaydığı hesabatda Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış məsələsinin təhlükəsizlik riski kimi təqdim olunması etirazla qarşılanıb.

Arazpress.com Sumqayit.tv-yə istinadən xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Ermənistanın bu mövqeyi əsassızdır və reallığı əks etdirmir.

Onun sözlərinə görə, Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmaq istəyi heç bir halda təhlükə sayıla bilməz. Ramiz İsmayılov qeyd edib ki, bu cür yanaşma Ermənistanın uzun illərdir apardığı ayrı-seçkilik və irqçilik siyasətinin davamıdır.

Ramiz İsmayılov xüsusi olaraq vurğulayıb ki, azərbaycanlıların öz ata-baba yurdlarına qayıdış tələbi beynəlxalq hüquq normalarına əsaslanır və bu istək nə hərbi, nə də siyasi risk kimi qiymətləndirilə bilməz. Ermənistan tərəfinin bu məsələyə təhlükəsizlik prizmasından yanaşması, məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndirilir.

araz.az xəbər portalı.