
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Şirkətin mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumata görə, abidə önünə gül dəstələri düzülüb, Xocalı şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad olunub.
1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Bu faciə nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar xüsusi amansızlıqla qətlə yetirilib.
Xocalı qurbanlarının xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların acısı bizim ortaq kədərimizdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!


araz.az xəbər portalı.