
Arazpress.com öz araşdırmaları ilə peşəkar fırıldaqçı Alibek (Adil) Kurbanovun qaranlıq keçmişinin ifşasını davam etdirir. Əvvəlki iki yazımızda (linklər:
https://arazpress.com/?p=15247 — red.)
əsas olaraq onu qeyd etmişik ki, Rusiya vətəndaşı olan, lakin Qubanın Digah kəndində qərar tutan bu təhlükəli insan öz ətrafında doğma və yaxınlarından ibarət kriminal qrup yarada bilib.
Araşdırmalarımız və etibarlı mənbə tərəfindən redaksiyamıza ötürülən son məlumatların təhlili göstərir ki, bu fırıldaqçı şəbəkənin ən təhlükəli qolu paytaxt mərkəzində, Bakının bir tibb müəssisəsində gizlənir. Başçısı da kim olsa yaxşıdır, Alibekin öz qızı.
Sevda da, atası Alibek tərəfindən xüsusi manipulyasiya üsulları ilə yetişdirilən “vərəsə” olaraq, xeyli müddətdir ki, vətəndaşların həm sağlamlığını, həm də ailə büdcələrini hədəf almaqda mahirdir. Eynən qardaşı Rzabek kimi. Qubanın “qara ləkəsi” kimi özünü tanıdan fırıldaqçı Alibek Kurbanovun törəmələri öz qanunsuz əməlləri və çirkin əməlləri hesabına atalarını geridə qoya biliblər.



Məşhur fırıldaq ustasının “mənəviyyat” maskası bu faktla darmadağın olur: O, 1996-cı ildə doğulan qızı Sevdanı yalnız 3 il sonra, 1999-cu ildə rəsmən tanıyıb. Övladını illərlə sənədsiz qoyan bir adamın bu gün “nümunəvi ata” rolunu oynaması sadəcə iyrəncdir. Görünür, Alibek hələ o vaxtlardan qızı Sevdanı öz iyrənc fırıldaq sxemlərinin davamçısı kimi hazırlayırdı. Üç soyad daşıyıcısı Sevda Məmmədyarova (Kurbanova, Süleymanova) təsadüfi bir fiqur deyil, o, atasının rəhbərliyi altında qurulan “ailəvi fırıldaqçılıq məktəbi”nin ən sadiq “şagirdidir». Hələ ötən yazımızda demişdik ki, adamın bir adı olur. Uzaqbaşı uşaqlıqdan ona verilən əzizləyici bir ləqəbi. Bunların isə hamısı belədir.
Sevda Kurbanovanın tibbi fəaliyyəti tam bir saxtakarlıqdır. Araşdırmalarımız zamanı məlum olub ki, o, Bakıdakı “Pediatriya — 2” klinikasında qeydiyyat şöbəsinin koordinatoru kimi rəsmiləşdirilib. Digah kənd məktəbini əsasən “3” qiymətləri ilə bitirən bu şəxs orta ixtisas diplomuna malikdir. Ən dəhşətli fakt budur ki, Sevda stomatologiya kabinetləri ilə eyni mərtəbədə xəstə qəbul edir.
Tibbi normalara görə, irinli yara və göbələk infeksiyaları ilə məşğul olan “podoloqun” cərrahi steril zona tələb edən stomatologiya yeri ilə qonşuluğu yolverilməzdir. Bu, pasiyentlərin, xüsusən də, uşaqların sağlamlığını riskə atan sanitar terrordur. Bəs, görəsən, “Pediatriya — 2”-nin rəhbərliyi bir qeydiyyatçının qanunsuz tibbi manipulyasiyalarına necə göz yumur?

Sevda Qurbanova internet üzərindən mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş və laborator sınaqlardan çıxmamış “Bi-balzam” adlı mayeləri qanunsuz istehsal edərək, satırdı. Heç bir farmakoloji biliyi və sənədi olmayan bu şəxsin “dərman” alveri həm vergi cinayətidir, həm də insanların zəhərlənməsinə yol aça biləcək təhlükədir. Özünü “podoloq” adlandıran bu manipulyator üçün insan həyatı yalnız qazanc mənbəyidir.
Xatırladaq ki, bu şəxs Məmməd Araz, 47 ünvanında yerləşən “Pediatriya — 2” klinikasında sadəcə qeydiyyatçı kimi rəsmiləşib. Amma stomatologiya şöbəsində, həkimlərin arasında özünə qanunsuz “podoloq” otağı düzəldib. Ali tibbi təhsili olmadan insanların sağlamlığı ilə oynayan, eyni zamanda, onların ailə sirlərinə bələd olub, həyatlarını məhv edən bu şəxsin fəaliyyəti artıq hüquq-mühafizə orqanlarının diqqətində olmalıdır.
Verilən məlumatlarla bağlı araşdırmalarımızı davam etdiririk, Növbəti yazımızı gözləyin. Arazpress.com olaraq, yazıda adları hallanan hər kəsin və tərəflərin də cavab haqqını tanıyırıq.
Məhi ELSEVƏR

araz.az xəbər portalı.