Tanınmış biznesmen Şəmsi Səmədzadə Gürcüstanda ağır avtomobil qəzası keçirib. 

Arazpress.com xəbər verir ki, Ajans.az-ın əldə etdiyi fotolardan qəza nəticəsində onun avtomobilinə ciddi ziyan dəydiyi görünür. Kadrlarda nəqliyyat vasitəsinin ön hissəsinin tamamilə yararsız vəziyyətə düşdüyü, eləcə də avtomobilin yol kənarındakı kolluq əraziyə düşdüyü görünür. Fotolardan birində Şəmsi Səmədzadənin hadisə yerində olduğu da əks olunub.

Xatırladaq ki, məlumata görə, Şəmsi Səmədzadə haqqında yayılan “mal-qara oğurluğuna görə həbs edilməsi” iddialarını təkzib edib. Onun sözlərinə görə, saxlanılma yol-nəqliyyat hadisəsindən sonra yaranmış anlaşılmazlıqla bağlı olub. 

Şəmsi Səmədzadə artıq 10 gündür Azərbaycandadır. O, ölkədə biznes fəaliyyətini yenidən davam etdirəcəyini bildirib.

araz.az xəbər portalı.