Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı 2026–2027-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək Prezident təqaüdünə layiq görülüb.

Şirkətlər Qrupunun mətbuat xidmətinin Arazpress.com-a daxil olan məlumatında deyilir ki, gənclərimizin əzmi və zəhməti ilə qazandıqları bu nailiyyət onların ailələri ilə yanaşı, böyük Veysəloğlu ailəsi üçün də qürur mənbəyidir.

Hüseyn Seyidov — 689,8 bal

Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub. Atası Eldəniz Seyidov “Veysəloğlu Qrup” MMC-də İnsan Resursları və İnzibati İşlər Departamentinin müdiri vəzifəsində çalışır.

Aylin Nəbiyeva — 667,4 bal

Bakı Ali Neft Məktəbinin Maliyyə ixtisasına qəbul olub. Atası Fərhad Nəbiyev “Veysəloğlu” MMC-nin Mars eksklüziv satış şöbəsinin Sumqayıt ofisində çalışır.

Əli Umudov — 662 bal

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olub. Anası İradə Umudova “OBA Market” MMC-də satıcı-kassir vəzifəsində çalışır.

Xəyal Xasməmmədli — 659,4 bal

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olub. Atası Teymur Xasməmmədov “Araz Supermarket” MMC-də administrator vəzifəsində çalışır.

Gənclərimizi və onların təhsil yolunda daim yanlarında olan valideynlərini ürəkdən təbrik edirik! Tələbələrimizə bilik və bacarıqlarını inkişaf etdirməyi, yeni nailiyyətlər qazanmağı, uğurlu təhsil həyatı arzulayırıq.

Sizin uğurunuz bizim qürurumuzdur!

araz.az xəbər portalı.