
Zərdab rayonundakı Çallı kənd sakini Rəsulova Nəzakət Sabir qızı Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının səhiyyə naziri cənab Anar Bayramova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Səbinə xanım Əliyevaya şikayət xarakterli müraciət ünvanlayıb. Vətəndaşın Arazpress.com-a da daxil olan şikayət ərizəsi bu barədədir:
— Hörmətli Mehriban xanım, cənab nazir, hörmətli Səbinə xanım!
Göyçay Rayonu Regional Həkim-Məsləhət Komissiyası (HMK) qanunsuz və əsassız olaraq mənim xəstəliyimin qiymətləndirilməsi üçün tərtib edilmiş forma 88 sistemə vurmurlar. Səbəb kimi də şifahi olaraq deyirlər ki, mənim xəstəliyim əlilliyin təyinatı üçün əsas vermir.
Göyçay Rayonu Regional Həkim Məsləhət Komissiyasının verdiyi bu qərar əsassız və qanunsuzdur. Belə ki, mən 2008-ci il tarixdən mütəmadi (təkrarlanan) qıcılomlarla müşahidə olunan ağır dərəcəli epilepsiya xəstəsiyəm. Xəstəliyim kəskinləşdiyi üçün müraciətim əsasında 2009-cu il tarixdə mənə ikinci qrup əlillik təyin edilib. Beləcə 2016-cı il tarixə kimi hər il əlilliyin müəyyən olunması üçün müraciət etmişəm. Bu müraciətim əsasındada komissiyadan keçərək mənə ikinci qrup əlillik təyin edilib. 2016-cı ildə təyin edilmiş əlilliyin müddəti bitdiyi üçün yenidən müraciət etmişəm və bu müraciətim əsasında TSEK-in 23.01.2016-cı il tarixli qərarı ilə mənə yenidən beş illik əlillik təyin edilib. 2021-ci ildə əlilliyimin müddəti bitdiyi üçün 2025-ci ilə kimi bir neçə dəfə (04.02.02021, 24.02.2022 və 16.12.2023- cü il tarixli) forma 88 tərtib edilərək göndəriş rəsmləşdirilsədə mənə əlillik təyin edilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Yalnız TSEK-in 11.07.2025-ci il tarixli qərarı ilə mənə üçüncü dərəcəli əlillik təyin edilmişdir.
2026-cı ilin iyul ayında əlilliyin müddəti bitdiyi üçün yenidən müraciət etmişəm. Respublika Klinik Xəstəxanasında yenidən müayinə olunmuşam. Müayinə zamanı 2008-ci ildə verilmiş əsas xəstəlik diaqnoz (XBT G40.2Parsial epilepsiya) qıcolma tutmları ilə yenidən təsdiqlənmişdir. Həmçinin müayinə zamanı əsas xəstəliyin ağırlaşması koqnitiv funksiyaların enməsi (XBT F06.7) xəstəliyi müəyyən olundu. Bundan sonra mən epikriz və digər sənədləri təqdim etdikdən sonra Zərdab Rayonu Xəstəxanası tərəfindən forma 88 tərtib edilərək Göyçay Rayonu Regional Həkim-Məsləhət Komissiyasına (HMK) təqdim edilsədə Komissiya tərəfindən əlilliyin müəyyən edilməsi üçün göndərişin rəsmləşdirilməsindən (forma 88 sistemə vurulması) qanunsuz və əsassız olaraq imtina edilmişdir.

Qeyd edim ki, ayda 8-10 dəfə qıcolmal tutmaları ilə epilepsiya tutur. Elə olur ki, bu epilepsiya tutmasından sonra yaddaşımı tamamilə itirirəm. Hətta bu yaddaşsızlığım tutan zaman öz yaşadığım evdən çıxıb harasa gedəndə geri qayıdıb öz evimi tapa bilmirəm. Həkimdən bunun səbəbini soruşanda deyir ki, qıcolmalarla müşayət olunan epilepsiya və başımda olan digər xəstəliklə (yüngül koqnitiv xəstəlik) birlikdə tutduğu üçün bu vəziyyətə düşürəm. Daima baş ağrılarından, baş gicəllənməsindən, əsəbilikdən, huşun itməsi ilə gecələr qıcolma tutmlarından əziyyət çəkirəm, Həmçinin bu xəstəlik başlayandan sonra hər hansı bir sözü deyirlər bu sözü gec başa düşürəm. Bu hallar demək olar ki, hər gün təkrar olunur ki, bu da mənim həyat fəaliyyətimdə ciddi manelər yaradaraq mane olur. Artıq sağlamlığımın çox hissəsini itirmişəm. Hesab edirəm ki, məndə başlanan digər xəstəliklər epilepsiyadan sonra yaranıb. Daima dərmanlar içsəm də, ambulator və stasionar müalicələr alsamda orqanizmimdə yaranmış bu xəstəliklər getdikcə artır.
Mənə elə gəlir ki, forma 88 tərtib edilən zaman ya yüngülləşdirilib, yada təhrif olunub. Ona görədə hesab edirəm ki, əlilliyin müəyyən olunması üçün barəmdə tərtib edilmiş forma 88 ciddi araşdırılmalıdır. Həmçinin qeyd edim ki, Həkim-Məsləhət Komissiyası (HMK) tərəfindən verilmiş imtina qərarını mənə göndərməyiblər. Ona görədə mənim bu müraciətim ciddi şəkildə araşdılmalıdır.
Hörmətli Mehriban xanım, cənab nazir və hörmətli Səbinə xanım, həyat yoldaşım Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub və veteran statusu olub. Bir müddətdir ki, dünyasını dəyişib. Hal-hazırda oğlumla birlikdə yaşayıram. Oğlumun üç azyaşlı övladı var. Özünün də daimi işi yoxdur. Olanda fəhləlik edir. Oda bir gün olanda iki-üç gün olmur. Yəni əmək qabiliyyətim də yoxdur. İşləyə də bilmirəm. Ona görə də mən mətbuat vasitəsi ilə Sizdən köməklik etməyinizi istəyirəm və Sizdən xahiş edirəm ki, mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz, şikayətimin ciddi şəkildə araşdırılmasına tapşırıq verəsiniz.
Hörmətlə, Rəsulova Nəzakət Sabir qızı
Əlaqə tel: (050) 892 37 39
26.10.2026-cı il”.
araz.az xəbər portalı.





















