Verilən xəbərə görə, qonşu ölkələrdə ardıcıl olaraq zəlzələ baş verib. Belə ki, aprelin 6-da Gürcüstanda 4, İranda 3,6, Rusiyada isə 5,4 bal gücündə silkələnmə qeydə alınıb. Bu hadisələr Azərbaycanda da narahatlıq yaradıb.

Ölkəmizdə zəlzələ gözlənilirmi?

Arazpress.com bildirir ki, Globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov Azərbaycanda hər il mindən çox xırda zəlzələlərin olduğunu deyib:

“Xatırlayırsınızsa, 2010-cu ildə 6 bal gücündə zəlzələ baş verdi. Həmin vaxt dağıdıcı olmadı, lakin insanlar narahat oldular, küçələrə qaçdılar. Bu, hər an yenidən təkrarlana bilər”.

Ekoloq bildirib ki, Azərbaycanda dağıdıcı zəlzələnin olması mümkündür:

“Heç bir alim, geoloq deyə bilməz ki, bu, baş verməyəcək. Hətta deyərdim ki, zəlzələ gözlənilir. Lakin onun hansı gücdə olması məlum deyil. Baxın, Şamaxıdakı zəlzələ nəticəsində nə qədər adam həlak oldu. İndi necə deyə bilərik ki, ölkəmizdə dağıdıcı zəlzələ ola bilməz?! Ona görə də bunu deyən alimlərə inanmayın”.

Qeyd edək ki, 1902-ci ildə Şamaxıda baş verən zəlzələ zamanı şəhərin 2 min nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb.

araz.az xəbər portalı.