
Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyanın səhhəti pisləşib.
Arazpress.com bildirir ki, bu barədə Globalinfo.az “Armlur”-un məlumatına əsasən xəbər yayıb.
Nəşr yazır ki, Paşinyan İrəvanda yerləşən Nairi Tibb Mərkəzində müayinədən keçib və bir neçə saat sonra xəstəxanadan çıxıb.
Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan iddiaları təkzib edib və onun sağlamlığının yerində olduğunu söyləyib:
“Yayılan məlumat həqiqətə uyğun deyil. Baş nazir Nikol Paşinyan hər il mütəmadi olaraq tibbi müayinədən keçir. Ötən həftə də adəti üzrə müayinədən keçirilib. Baş nazir sağlamdır, tam qrafik ilə işləyib və işləməyə davam edir”.
araz.az xəbər portalı.