
Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədri təyin olunduqdan sonra Səttar Möhbalıyevin bəzi kadrlarıyla vidalaşıb.
Arazpress.com xəbər verir ki, keçmiş sədr Səttar Möhbalıyev dövründə onun müavini vəzifəsini tutmuş Aqil Dadaşov artıq qurumun rəsmi saytında rəhbərlikdə göstərilmir.
Həmçinin digər bir müavin – Cavanşir Alxasovun da adına rast gəlinmir. Bununla yanaşı, maliyyə şöbəsinin müdiri Qalib Qəribovun da vəzifəsində qalıb-qalmadığı məlum deyil.
Xatırladaq ki, Sahib Məmmədov ötən il sədr vəzifəsinə gətirilib. Lakin bir il ərzində AHİK-in fəaliyyətində hər hansı xüsusi dəyişiklik müşahidə olunmayıb. Əslində, qurumda köklü islahatlar həyata keçiriləcəyi gözlənilir. Bu baxımdan, qurumun qarşısına qoyduğu hədəfləri, verilən tapşırıqların icrası ilə bağlı AHİK rəhbərliyinə suallarımızı ünvanlamağa hazırıq. /Tribunainfo.az/
araz.az xəbər portalı.