
Baş prokurorun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin qızı yüksək vəzifəyə təyinat alıb. Arazpress.com xəbər verir ki, X. Vəliyevin qızı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinə müavin təyin olunub.
Qeyd edək ki, bu təyinatdan bir-neçə gün əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov başqa bir təyinat da həyata keçirib. Bakı meri “Azərsu” QSC-nin keçmiş prezidenti Qorxmaz Hüseynovun qardaşı oğluna da vəzifə verib. O, Bakı merinin müavini gətirilib.
Onu da qeyd edək ki, Qorxmaz Hüseynovun qardaşı oğlu bu vəzifə ilə məhz Eldar Əzizovun oğlu ilə keçmiş iş yoldaşı olması müqabilində “mükafatlandırılıb”.
araz.az xəbər portalı.