Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 15-də ölkə parlamentində çıxışı zamanı qəribə hərəkətlər etməsinin görüntülər gündəm olub.

Arazpress.com xəbər verir ki, baş nazir büdcə müzakirələrindən danışarkən əsəbiləşib.

O, həmçinin müxalifət fraksiyalarının suallarına qəzəblənib və onları ələ salmağa başlayıb. Baş nazirin hərəkətləri və emosional davranışları ictimaiyyətdə müzakirələrə səbəb olub.

Paşinyan Ermənistanda adi bir sürücünün vəzifəsini icra etdiyi kimi özünün də baş nazir vəzifəsini icra edən sıradan vətəndaş olduğunu bildirib. O, bir çoxları kimi büdcəni talamaq yox, vətəndaşların rifahı üçün onu zənginləşdirmək lazım olduğunu söyləyib. Həmçinin bu günə kimi korrupsiya əməlləri nəticəsində ələ keçirilən bir çox mülklər, torpaq sahələri və nağd vəsaitlərin büdcəyə qaytarıldığını açıqlayıb.

https://t.me/globalinfo_az/22174?single

https://t.me/globalinfo_az/22175?single

Ermənistanın Baş naziri Nikol Paşinyanın Milli Məclisin iclasında emosional çıxışı və qəribə hərəkətlər etməsi sosial şəbəkələrdə gündəm olub. Onun müxalifətin suallarına qəzəbləndiyi və onları ələ saldığı bildirilir

araz.az xəbər portalı.