Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri yoxa çıxan təyyarədən xəbər verib.

Arazpress.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazir Naziri İbrahim Yumaklı təyyarənin qəzaya uğradığını, pilotun isə şəhid olduğunu bildirib:

“Xorvatiyada rabitə əlaqəsi kəsilən Meşəçilik Baş İdarəmizə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapıldı. Bu faciəli qəzada şəhid olan pilotumuza Allahdan rəhmət diləyirəm, ailəsinə və yaxınlarına başsağlığı verirəm…”.

araz.az xəbər portalı.