5–6 noyabr tarixlərində Gəncə şəhərində keçirilən QHT-lərin IV Əməkdaşlıq Forumu vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsi, təcrübə mübadiləsi aparması və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma baş tutdu.

Tədbir təşkilatçılarından biri olan “Milli Dəyərlərin Qorunması” İB-dən Arazpress.com-a daxil olan məlumata görə, forum bir daha göstərdi ki, güclü vətəndaş cəmiyyətinin formalaşmasında birlik, qarşılıqlı dəstək və birgə təşəbbüslər mühüm rol oynayır.

Zəfər Bayramı ərəfəsində belə bir əlamətdar tədbirin keçirilməsi xüsusi məna daşıyır. Qələbəmizin bizə bəxş etdiyi birlik, həmrəylik və milli qürur hissi gələcək inkişafımız üçün də böyük güc mənbəyidir.

Forum yeni tanışlıqların, faydalı fikir mübadiləsinin və gələcək əməkdaşlıq üçün möhkəm əlaqələrin qurulmasının gözəl nümunəsi kimi də yadda qaldı.

Tədbirin yüksək səviyyədə təşkilinə, səmimi qonaqpərvərliyə və göstərilən diqqətə görə bütün təşkilatçılara və əməyi keçən QHT əməkdaşlarına təşəkkür düşdüyü qeyd olundu.

 

araz.az xəbər portalı.

1 / 12