Dekabrın 12-də müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri, görkəmli siyasi xadimi Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri — “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi, eləcə də “R.V. Investment Group Services, LLC” şirkətinin nümayəndələri ilə birgə Fəxri Xiyabanı ziyarət ediblər.

Arazpress.com bildirir ki, iyarət iştirakçıları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

araz.az xəbər portalı.