Azərbaycan Rieltorlar Assosiasiyası İctimai Birliyi İdarə Heyətinin növbəti yığıncağınin keçirilməsi haqqında çağırış elan edib. Arazpress.com xəbər verir ki, yığıncaqda İctimai Birliyə yeni üzvlərin qəbulu və prespektiv layihələr haqqında müzakirələr aparılacaq.

Qeyd etmək lazımdır ki Azərbaycan Rieltorlar Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir.
Ölkədə daşınmaz əmlak sektorunun inkişafı ilə bağlı çıxış edir, eyni zamanda, əmlak sahəsində broker xidmətləri göstərən fiziki, hüquqi şəxslərin fəaliyyət mexanizminin tənzimlənməsi və leqallaşdırılması istiqamətində fəaliyyət göstərir.

Assosiasiyanın Nizamnaməsinə əsasən, İctimai Birliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

İdarə Heyəti 2012 çil ildən etibarən 9 nəfərdən ibarətdir:

1. Vəfadar Axundov
2. Nüsrət İbrahimov
3. Rəna Axundova
4. Elnur Azadov
5. Ceyhun Şıxəliyev
6. Dövlət Nəcəfzadə
7. Elman Hətəmov
8. Vüqar Tağıyev
9. Emil Cəfərov

Rieltorlar Assosiasiyasının İdarə Heyətinin çağırış ünvani:

Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şosesi, 27

Tədbirin keçirilməsi tarixi 19 yanvar, saat 15:30-a elan edilib.

araz.az xəbər portalı.