
Arazpress.com xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Tahir Yaqub oğlu Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilərək, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Tahir Budaqovun dosyesini təqdim edirik:
T. Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub.
1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib.
Tibb elmləri namizədidir. 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Prezident İlham Əliyevin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının, 2021-ci il martın 5-dən isə YAP İdarə Heyətinin üzvüdür.
Prezident İlham Əliyevin 5 mart 2021-ci il tarixli Sərəncamı ilə Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
Prezident İlham Əliyevin 2024-cü il 31 dekabr tarixli 439 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Evlidir, üç övladı var.
araz.az xəbər portalı.