
ABŞ və İsrailin İrana hücumları qlobal sistemin bütün cəbhələrində kritik proseslərə yol açıb. Fakt budur ki, İran təcavüzə məruz qalan tərəfdir, proseslərin hədəfləri və Ağ Ev rəsmilərinin açıqlamaları göstərir ki, bu müharibə Qərbin müsəlmanlara qarşı növbəti “xaç yürüşü” kimi də xarakterizə luna bilər. Uzun illərdir Qərb ölkələrinin müxtəlif nəşrlərində İslam Peyğəmbərinin karikaturaları hazırlanırdı, Peyğəmbər təhqir olunurdu. Quranı yandırırdılar. Bütün bu İslamofob addımların təşəbbüskarı da məhz ABŞ olub. ABŞ/İsrail-İran müharibəsi tarixin ən böyük sivilizasiya-ideologiya savaşlarından biri və növbətisidir.
Tərəflər sadəcə ərazi, resurs, iqtisadi maraqlar, logistika, hegemonluq uğrunda deyil, həm də kimlik uğrunda döyüşürlər. İran bu hücumların əslində İslami dəyərlərə qarşı həyata keçirildiyini bəyan edir. ABŞ rəsmiləri də bunu etiraf edərək, onların əsas hədəflərinin İslam olduğunu bildirirlər. Müsəlmanları iki yerə bölməyi bacarıblar və bu gün ABŞ bütün İslam dünyasını təhqir edir. Əvvəllər dini ritorikadan müharibəni mobilizasiya etmək üçün istifadə olunsa da, müharibə uzandıqca daha çox ideoloji-dini çalar qazanmağa başlayır.
Texnologiyanın ideologiyaya qalib gəlməsi mümkün deyil.
ABŞ texniki dövlətdir, daha çox texnologiya və praqmatik maraqlar üzərində qurulmuş bir dövlət modelidir.

İran, Türkiyə, Çin və Rusiya kimi ölkələr isə imperiya varisləridir, bu ölkələr böyük Şərq sivilizasiyasının daşıyıcılarıdır, onlar yalnız texniki və iqtisadi gücə deyil, eyni zamanda ideoloji baza (din, dəyərlər sistemi, idarəçilik fəlsəfəsi, imperiya ənənəsi, ideoloji narrativlər və s.) və tarixi-siyasi kimliyə söykənərək hərəkət edən dövlətlərdir. Bu ölkələrdə texnologiya ilə ideologiyanın sintezi daha aydın görünür və dövlət siyasəti çox vaxt bu iki amilin vəhdəti üzərində formalaşır.
Samir FEYRUZOV
araz.az xəbər portalı.