44 günlük müharibə nəticəsində Ermənistan tərəfindən 3833 nəfər həlak olub.

Arazpress.com xəbər verir ki, bunu mayın 15-də Armavirdə keçirilən mitinqdə hakim Vətəndaş Müqaviləsi Partiyasının proporsional namizədlər siyahısında olan Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib.

“Bunlar təsdiqlənmiş rəqəmlərdir”, – deyə, o, qeyd edib.

O, həmçinin itkin düşənlərin təxmini sayının 160 nəfər olduğunu bildirib.

Simonyan müxalifəti ölənlərin sayını süni şəkildə şişirtməkdə ittiham edib.

araz.az xəbər portalı.