
Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin müvafiq əmrinə əsasən, Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov Federasiyanın Təşkilat Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Arazpress.com qeyd edir ki, karate idman növü üzrə böyük nailiyyətlərə malik Yavər Hüseynovun bu məsul vəzifəyə təyin olunması Federasiyanın təşkilati fəaliyyətinin daha da təkmilləşdirilməsi, tədbirlərin yüksək səviyyədə təşkili və qarşıya qoyulan məqsədlərin uğurla həyata keçirilməsi məqsədi daşıyan addımlardan hesab olunur.
Bu baxımdan, Yavər Hüseynovun öz peşəkarlığı, təşkilatçılıq bacarığı və təcrübəsi ilə ona həvalə olunmuş vəzifənin öhdəsindən layiqincə gələcəyinə, göstərilən etimadı doğruldacağına və Azərbaycanda karate idmanının inkişafına öz töhfəsini verəcəyinə əminik.
araz.az xəbər portalı.